Tacikistan Prezidenti Emoməli Rahmon Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Tacikistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Emoməli Rahmon artıq Azərbaycana yola düşüb.

Müşayiət edən nümayəndə heyətinin tərkibində xarici işlər naziri, prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər olacaq.