2026-cı ildə əmək pensiyalarının orta aylıq məbləği 595 manat təşkil edəcəyi gözlənilir.
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında 2027-ci il büdcə zərfinə daxil olan “Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
“2027-ci ildə isə orta aylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır”, - komitə sədri deyib.