ABŞ-də 2026-cı il aralıq seçkilərində bir sıra namizədlər tarixə düşüb. Seçicilər ölkə tarixində ilk dəfə qaradərili, yerli amerikalı və latınamerikalı qadın qubernatorların, eləcə də ilk müsəlman və homoseksual senatorların seçilməsinə səs veriblər.

Metbuat.az "ABC News" nəşrinə istinadən xəbər verir ki, Corciya ştatında Kişa Lansa Bottoms qubernator seçilərək bu vəzifəyə gələn ilk qaradərili qadın olub. O, milyarder Rik Ceksonu geridə qoyub. Corciyada demokrat namizəd sonuncu dəfə 1998-ci ildə qubernator seçilmişdi.

ABŞ seçkilərində bu namizədlər tarixə düşdü

Fotoda: Kişa Lansa

Nyu-Meksikoda Deb Haaland ABŞ tarixində ilk yerli amerikalı qubernator olub. Laguna-Pueblo qəbiləsinin üzvü olan Haaland əvvəllər ölkənin daxili işlər naziri vəzifəsində çalışıb. O, 2018-ci ildə Konqresə seçilən ilk yerli amerikalı qadınlardan biri kimi də tarixə düşmüşdü.

ABŞ seçkilərində bu namizədlər tarixə düşdü

Fotoda: Deb Haaland

Texasda Cina Hinohosa ştatın ilk latınamerikalı qadın qubernatoru seçilib. O, Respublikaçı Qreq Ebbottu məğlub edib. Hinohosanın seçki kampaniyasının əsas mövzuları təhsil islahatları və süni intellekt məlumat mərkəzləri ilə bağlı məsələlər olub.

ABŞ seçkilərində bu namizədlər tarixə düşdü

Fotoda: Cina Hinohosa

Miçiqandan Senata seçilən demokrat Əbdül Əl-Sayed ABŞ tarixində bu vəzifəyə seçilən ilk müsəlman olub. O, respublikaçı Mayk Rocersi geridə qoyub.

ABŞ seçkilərində bu namizədlər tarixə düşdü

Fotoda: Əbdül Əl-Sayed

Florida ştatında Respublikaçılar Partiyasının namizədi Bayron Donalds ilk qaradərili qubernator seçilib. Ohayoda isə Emi Akton ştat tarixində bu vəzifəyə seçilən ilk qadın və ilk yəhudi olub.

ABŞ seçkilərində bu namizədlər tarixə düşdü

Fotoda: Bayron Donalds

Viskonsində Devid Krouli ştatın ilk qaradərili qubernatoru seçilib. Nyu-Hempşirdə isə Kris Pappas ABŞ Senatına seçilən ilk açıq homoseksual şəxs kimi tarixə düşüb.

Qeyd edək ki, seçkilərin nəticələri hələ bəzi dairələrdə dəqiqləşdirilir və yeni tarixi nəticələrin qeydə alınması mümkündür.