“Milli-mənəvi dəyərlərimizi və milli qadın geyimlərimizi təbliğ etmək bizim borcumuzdur”.
Metbuat.az xəbər verir ki, bunu Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Bakıda keçirilən “Kəlağayı yürüşü” zamanı deyib.
Onun sözlərinə görə, yürüşün əsas məqsədi ölkəyə gələn turistlərin diqqətini Azərbaycanın milli qadın geyimlərinə, xüsusilə kəlağayıya cəlb etməkdir.
N.İsmayılova qeyd edib ki, kəlağayı hər bir qadına yaraşır və onu daşımaq böyük qürur hissi yaradır.
O vurğulayıb ki, Azərbaycan azad və təhlükəsiz ölkədir və milli-mənəvi dəyərlərin təbliği hər bir vətəndaşın, eləcə də vətəndaş cəmiyyəti nümayəndələrinin borcudur.