Türk "Kirpi"ləri rus "Pələng"ləri ilə qarşı-qarşıya gəldi - FOTO

Türk "Kirpi"ləri rus "Pələng"ləri ilə qarşı-qarşıya gəldi - FOTO
15:08 12 Dekabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın şimal-şərqində növbəti Rusiya-Türkiyə patrulu baş tutub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

15-ci patrul xidməti çərçivəsində Rusiya hərbi polisləri və Türkiyə silahlı qüvvələri daha bir yoxlama həyata keçirib. Patrul, 1,5 saat davam edib və 30 km ərazini əhatə edib.

Ərazinin hava patrulu Rusiya Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.

Patrulun heyətinə 8 hərbi texnika - "Pələng" zirehli avtomobilləri, zirehli personal daşıyıcıları olan "BTR-80" və Türkiyənin "Kirpi" zirehli avtomobilləri, eyni zamanda iki ölkənin 50 hərbçisi daxil olub.

Monitorinqi Rusiyanın "Orlan-10" pilotsuz təyyarəsi də müşayiət edib.

Qeyd edək ki, Rusiya və Türkiyə 22 oktyabrda qarşılıqlı anlaşmaya dair 10 bənddən ibarət memorandum imzalayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/298891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR