Bakının “Ləhiş Bağları”na təbii qaz verilib

Bakının “Ləhiş Bağları”na təbii qaz verilib
17:27 12 Dekabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi “Ləhiş bağları” yeni yaşayış massivindəki 102 fərdi yaşayış evinə təbii qaz verilib.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qazlaşdırma işlərinə bu ilin oktyabrın 1-də başlanılıb və qaz çəkilişləri üçün ümumilikdə 11 min metrdən çox müxtəlif diametrli polad borulardan istifadə edilib.
Qeyd edək ki, Bakı şəhərində 2019-cu ildə 22 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Onlardan 5-də qaz təchizatı həyata keçirilib, 10-da iş tamamlanıb, 7-də isə qaz çəkilişləri davam edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bakinin-lehis-baglari-na-tebii-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR