KİV: Sebastyan Fettel komandasını dəyişəcək

KİV: Sebastyan Fettel komandasını dəyişəcək
19:12 12 Dekabr 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

“Formula 1” üzrə dördqat dünya çempionu Sebastyan Fettel komandasını dəyişəcək.
“Report” “Marca”ya istinadən xəbər verir ki, 32 yaşlı almaniyalı pilot 2020-ci il mövsümündə sonra “Ferrari”dən “McLaren”ə keçəcək. Fettelin artıq bunun üçün sözügedən komandaya rəhbərlik edən həmyerlisi Andreas Zaydla müraciət etdiyi bildirilir.
Son mövsümü 5-ci sırada tamamlayan təcrübəli pilotun 1 pillə geridə qaldığı komanda yoldaşı Şarl Leklerlə də münasibətləri qaydasında deyil.
Qeyd edək ki, Fettel 2015-ci ildən “Ferrari”də çıxış etsə də, bu komanda ilə çempion ola bilməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/ki-v-sebastyan-fettel-komandasini-deyisecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR