DİN: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
11:37 13 Dekabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, dekabr ayının 12-də törədilən 19 cinayətin üstü “isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. 
Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/di-n-cinayet-toretmekde-subheli-bilinen-29-nefer-saxlanilib131219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR