Elmar Məmmədyarov Latviya Seyminin sədri ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviya Seyminin sədri xanım İnara Murniese ilə görüşüb.

XİN-in Mətbuat Xidmətindən Metbuat.az-a bildirilib ki, görüş zamanı Azərbaycan-Latviya parlamentləri arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib və əməkdaşlığın gələcək perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Baltik ölkələri regional əməkdaşlıq formatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) arasında əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Azərbaycanın NATO ilə əməkdaşlığına diqqəti cəlb edən xanım İnara Murniese Azərbaycanın NATO-nun Qətiyyətli Dəstək əməliyyatına mühüm töhfə verdiyini məmnunluqla qeyd edib.

İkitərəfli formatla yanaşı, Azərbaycan və Latviyanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd olunub.

Latviya Seyminin (Parlament) sədri "Şərq Tərəfdaşlığı" proqramı formatının Latviyanın xarici siyasət prioritetlərindən biri olduğunu və ölkəsinin Azərbaycanla bu çərçivədə hərtərəfli əməkdaşlığı dəstəklədiyini bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR