Qara lobya haqqında bilmədiklərimiz

Qara lobya haqqında bilmədiklərimiz
23:05 14 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Qara lobya tərkibindəki zülal, müxtəlif vitamin və minerallar sayəsində həm anemiyanın qarşısını alır, həm də kolorektal xərçənginə tutulma riskini azaldır.

Ölkəmizdə əsasən yaşıl təzə lobya istehlak edilir. Yaşıl lobya kimi qara lobya ölkəmizdə çox tanınan və istehlak edilən bir lobya deyil. Ancaq qara lobya tərkibindəki zülal, müxtəlif vitaminlər və minerallar sayəsində istifadə edilməsi lazım olan bir qidadır.

İndi isə gəlin, bu inanılmaz qidanın faydaları ilə yaxından tanış olaq:

A, B2, B3, B6 və B9 vitamini, fol turşusu, kalsium, fosfor, sink, maqnezium, mis, dəmir və manqan kimi minerallarla zəngindir. Eyni zamanda yüksək nisbətdə lifdən ibarətdir.

Aparılan araşdırmalara görə, qara lobya həzm sistemini rahatlaşdırır.

Noxud və mərci kimi paxlalılara nisbətən həzmi daha asandır. Qəbizliyin qarşısını alır.

Həzm sistemi ilə yanaşı kolorektal sağlamlığı da qoruyur.

Qan şəkərini tarazlayıcı xüsusiyyətinə malikdir.

Ürək xəstəliklərinə qarşı qorumanı təmin edir. İnfarkt və iflic keçirmə riskini azaldır.

Sinir sistemi üçün faydalıdır. Xolesterini azaldan təsiri olması da qara lobya faydaları arasındadır. Xərçəng hüceyrələrin böyüməsini ləngidir, bir çox xərçəng növünə qarşı qorumanı təmin edir.

Enerji verir. Bədəndəki stressi azaldır.

Yaraların tez sağalmasına kömək edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR