Azərbaycan kubokunda 1/4 final başlayır

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Belə ki, “Qəbələ” komandası öz meydanında “Sabah” klubunu qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi oyun saat 15:00-da başlayacaq.

İkinci qarşılaşmada “Səbail” və “Zirə” klubları üz-üzə gələcəklər. “ASCO Arena”da keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək.

15 dekabr

15:00. “Qəbələ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy
Qəbələ şəhər stadionu

17:00. “Səbail” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
“ASCO Arena”

16 dekabr

18:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”

20:00. “Qarabağ” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Tofiq Bəhramov adına Respublika Stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR