Siçan ilində dəbdə hansı yeniliklər gözlənilir? - Döymə, uzun ətəklər...

Siçan ilində dəbdə hansı yeniliklər gözlənilir? - Döymə, uzun ətəklər...
13:23 15 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Astroloq Siçan ilində modada baş verəcək dəyişikliklərdən danışıb.

Publika.az xəbər verir ki, dəb astroloqu Vera Xubelaşvili 2020-ci ildə döymələrə tələbatın artacağını bildirib.

Onun sözlərinə görə, buna Siçan ilinin simvolu olan "astroloji metal və su" təsir göstərəcək:

"Gələn il moda aləmində dəyişikliklər qaçılmazdır. Çin təqviminə görə, yeni fürsətlərin, ənənələr və istiqamətlərin ortaya çıxması ilə əlaqədar 12 illik bir dövr başlayacaq. 2020-ci ildə mini deyil, uzun ətəklər dəbdə olacaq. Eyni zamanda, ilin simvolu bizi daha gözəl, lakin mühafizəkar ənənələrə aparacaq. Moda xüsusiyyətlərində bizi "tanış", ancaq eyni zamanda əvvəl heç vaxt görmədiyimiz yeniliklər gözləyir".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/299129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR