UEFA-dan "Qəbələ"yə 25 min avro

UEFA-dan "Qəbələ"yə 25 min avro
20:42 17 Dekabr 2019
140 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Gənclər Liqasındakı çıxışına görə "Qəbələ" klubuna ödəniş edib.

Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Gənclər Liqasının cari mövsümünün ödəniş siyasətinə uyğun olaraq, qeyd olunan turnirdə müvafiq komandası iştirak etmiş "Qəbələ" klubunun hesabına səyahət və yerləşmə ödənişi olaraq 25 min avro vəsait UEFA tərəfindən AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

Qeyd edək ki, "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu mövsüm UEFA Gənclər Liqasının 1-ci mərhələsində APOEL-lə ilk görüşdə səfərdə 1:1 hesabı ilə heç-heçə etsə də, doğma meydanda 0:1 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/811075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR