Finlandiyanın yeni seçilən və dünyanın ən gənc Baş naziri olan 34 yaşlı Sanna Marinin ilk addımı ölkədə müzakirəyə səbəb olub.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Suriyanın şimalında YPG-nin nəzarətindəki "El Hol" düşərgəsində olan İŞİD üzvlərinin Avropadan gedən ailələri və uşaqlarının ölkələrinə geri qaytarılması müzakirələri davam edərkən Sanna Marin Finlandiya vətəndaşı olan İŞİD-li uşaqları ölkələrinə geri gətirməyə çalışacaqlarını söyləyib.
Qeyd edək ki, yerli mediaya görə, "El Hol" düşərgəsində 11 fin qadın və 30 uşaq yaşayır.