Rəfiqəsinin sevgilisi ilə görüşən məşhur görün NƏLƏR DEDİ

Rəfiqəsinin sevgilisi ilə görüşən məşhur görün NƏLƏR DEDİ
15:33 18 Dekabr 2019
136 Şou
Ölkə mətbuatı
A- A+

Rəfiqəsinin sevgilisi ilə görüşməyə başlayan aktrisa Aybüke Pusat bildirib ki, heç kəsin onun şəxsi həyatına qarışmaq ixtiyarı yoxdur.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Her yerde sen” adlı serialda Furkan Andıçla tərəf müqabili olan aktrisa Aybüke Pusat restorandan çıxarkən görüntülənib. Məşhur jurnalistlərin Furkan Andıçla sevgili olması, birlikdə ABŞ-a tətilə yollaması barədə verdiyi suallara cavab verib:

“Furkanla heç bir münasibətimiz yoxdur. Bildiyiniz kimi, serialdan da yaxşı dostuq. Yaxın dostlarla planımız var idi, onlarla birlikdə tətilə yollandıq. Həqiqətən təəccüblənirəm, sadəcə dostuq. Yeni İli Afrikada keçirəcəyəm. Nə qədər uzaq olsam, o qədər yaxşıdır. Bu, mənim şəxsi həyatımdır. Dilan yaxın dostumdur. Lazım olsa, onunla da danışaram. Bu, mənim şəxsi həyatımdır və sadəcə məni maraqlandırır”.

Xatırladaq ki, Aybüke Pusat serialda tərəf müqabili Furkan Andıçın keçmiş sevgilisi Dilan Çiçək Dənizlə yaxın rəfiqə idi. Lakin Aybükenin Furkanla sevgili olması xəbərləri yayıldıqdan sonra onu dostluqdan çıxarıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/299452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR