Səidə Sultanın prodüserinin qətli ilə bağlı şok detallar: Qətlin videosu yayıldı -

Müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovun qətli ilə bağlı sensasion video yayılıb.

Qətl hadisəsi Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib. 1987-ci il təvəllüdlü Hamlet Cahangirov çoxsaylı bıçaq xəsrətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi və rayon prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Bakı şəhər sakinləri Yusif Mirzəyev həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirləndirilən Yusif Mirzəyevə 18 il həbs cəzası verilib.

Qətldən 2 il keçsə də, təfərrüatı bu günə kimi mətbuatdan gizli saxlanılıb.

Metbuat.az xəbər verir ki, oxu24.com saytı qətlin təfərrüatı ilə bağlı məlumatlar əldə edib.

Qətli törədən şəxsin etiraflarını və detallarının əks olunduğu videonu təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR