“Microsoft” növbəti nəsil “Xbox” oyun konsolunu elan edib

“Microsoft” növbəti nəsil “Xbox” oyun konsolunu elan edib
08:22 19 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Dekabrın 12-də Los-Ancelesdə "The Game Awards 2019" mükafatlandırma mərasimində "Xbox"un direktoru Fil Spenser yeni nəsil oyun konsolunu - "Xbox Series X" elan edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni "Xbox" oyun konsolu öz formasına görə kompüterin sistem blokunu xatırladır. Konsolu həm şaquli, həm də üfüqi yerləşdirmək olar.

"Xbox"un rəsmi saytında Spenser məlumat verib ki, oyun konsolunun mərkəzi prosessorunun məhsuldarlığı əvvəlkindən 4 dəfə daha güclüdür, həmçinin səssiz işləyir.

Bundan başqa təqdim edilmiş yeni simsiz kontroller ekran görüntülərini asanlıqla əldə etməyə və oyun çarxlarını çəkməyə imkan verən yeni "Share" düyməsi ilə təchiz edilib.

Yeni oyun konsolunun 2020-ci ilin sonunadək satışa çıxarılacağı gözlənilir. Qiyməti haqqında məlumat yoxdur.

"Xbox" - "Microsoft" şirkəti tərəfindən hazırlanmış oyun konsoludur. İlk dəfə 2001-ci ildə satışa çıxarılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/811137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR