Azərbaycanda 2 nəfərin öldüyü dəhşətli qəzadan

Dekabrın 17-də Stansiya Sumqayıt qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin dəhşətli görüntüsü yayılıb.

Metbuat.az xəbər verir ki, hadisə yerində olan "Dünya TV"nin əməkdaşları baş verənləri çəkə bilib.

Qeyd edək ki, saat 6 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində Saatlı rayon sakini Elvin Nəsibov idarə etdiyi “Hovo” markalı avtomobili yolun kənarına aşırmış və yük yerində olan çınqıl dağılıb.

Nəticədə sürücü və sərnişini - Füzuli rayon sakini Rəşad Rəhimov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR