Bakı. 19 may. REPORT.AZ/ Səhiyyə Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla əlaqədar rəsmi açıqlama yayıb. Nazirlikdən "Report"a verilən məlumata görə, hadisə yerinə 30 briqada göndərilib.
Hazırda hadisə yerində olan Təcili Tibbi Yardımın baş həkimi Rauf Nağıyevin sözlərinə görə, bu saatlara kimi, müxtəlif dərəcəli bədən xəsarətləri alan 15 yaralı xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, ölkənin ən iri xəstəxana rəhbərlərinə müvafiq tapşırıqlar verilib və artıq yaralıları qəbul etməyə başlayıblar. Yararlıların 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə müxtəlif xəstəxanalara yerləşdirilib.