Azərbaycanlı hərbçi Volqoqradda tutuldu - Ekstradisiya olunur

Azərbaycanlı hərbçi Volqoqradda tutuldu - Ekstradisiya olunur
12:57 21 Dekabr 2019
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Vəzifə səlahiyyətlərini aşmaqda və həmkarlarından pul tələb etməkdə şübhəli bilinən Azərbaycandan axtarılan hərbçi Volqoqradda saxlanılıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Azərbaycanın hərbi müstəntiqləri ölkə ərazisində müddətli hərbi xidmət keçən 20 yaşlı şəxsə cinayət işi açıblar. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və həmkarlarından pul tələb etməkdə şübhəli bilinir, lakin çağırışçı istintaqdan qaçaraq Azərbaycanı tərk edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, şəxs cümə günü Volqoqradda tutulub.

"Gənc oğlan yaxınları ilə gizləndiyi Volqoqradın Dzerjinski rayonunda polis tərəfindən saxlanılıb", - nazirlikdən bildirilib.

Qeyd olunur ki, hərbi qulluqçu Azərbaycana ekstradisiya üçün prokurorluğa təhvil verilib. Şəxsin adı və soyadı açıqlanmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/812259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR