Klaus Yohannis Rumıniya prezidenti vəzifəsinin icrasına başlayıb

Klaus Yohannis Rumıniya prezidenti vəzifəsinin icrasına başlayıb
18:37 21 Dekabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Klaus Yohannis Rumıniya parlamentinin iclasında and içib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Bildirilir ki, o, rəsmi şəkildə ölkə prezidentinin səlahiyyətlərinin icrasına başlayıb.
Yohannis noyabrda keçirilən prezident seçkilərində qalib gəlib. O ikinci turda 66,06% səs toplayıb. Yohannisin əsas rəqibi, ölkənin sabiq baş naziri Viorika Dançile isə seçkilərdə 33,95% səs toplayıb.
Bununla da Klaus Yohannis ikinci dəfə Rumıniya prezidenti olub. O, 2015-ci ildə keçirilən seçkilərdə də dövlət başçısı seçilmişdi.
Rumıniyada prezident səlahiyyətlərinin müddəti 5 ildir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/klaus-yohannis-ruminiya-prezidenti-vezifesinin-icrasina-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR