Bakıda gənc oğlanı tapança ilə güllələdilər

Bakıda gənc oğlanı tapança ilə güllələdilər
08:23 23 Dekabr 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonu, Şərifzadə küçəsində silahlı insident baş verib.

1989-cu il təvəllüdlü Muradov Zülfü mübahisə etdiyi naməlum şəxs tərəfindən tapança ilə güllələnib.

Yaralı vəziyyətdə olan Muradov Zülfü öz avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.

Həkimlərin müayinəsindən sonra məlum olub ki, xəsarət alan şəxs sinə nahiyəsindən üç güllə yarası alıb.

O, dərhal əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.(Report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/299851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR