"Bu filmə heç vaxt axıra qədər baxa bilmirəm" - Onun film seçimi

"Bu filmə heç vaxt axıra qədər baxa bilmirəm" - Onun film seçimi
21:37 23 Dekabr 2019
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir. 

Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi də komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq. Məsləhət görülürsə, deməli, baxmağa dəyər. Bu dəfə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədqiqatlar Mərkəzinin İctimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq bölməsinin rəhbəri Hacıağa Əliyevin məsləhət gördüyü filmləri təqdim edirik.
 
H.Əliyevin ilk seçimi "Uşaqlığın son gecəsi" oldu: "Bu filmdə Muradın davranışları, qızın yanında pərt olmamaq üçün saatını verməsi yeniyetməliyin ən həssas davranışlarından biridir. O səhnə mənə həddindən artıq təsir edib. Çünki yeniyetmə vaxtı əks cinsin yanında heç bir problem çıxmasın deyə, bəzən hər şeyə razı olursan. Ona görə, bu film yaddaşıma həkk olunan ekran əsərlərindəndir".

"Yol əhvalatı" filmi də onun bəyəndikləri sırasındadır: "Filmdəki monoloq və dialoqları Mövlud müəllim çox peşəkar yazıb. Aktyorlar isə ssenaristin əziyyətini yerə vurmayıb. Ona görə də, bu ölkədə nə vaxtsa bir toplantı keçirilirsə, rəhbərlər zarafatla "Sizi bura yığmaqda məqsədim odur ki,..." deyirlər".

"Bəyin oğurlanması" onun 3-cü seçimi oldu. Deyir ki, bu cür filmlərimizin sayı azdır: "Yaşar Nuri şedevridir. "Bir az diri oynayın da", "Sən söhbətini elə", "Sənə əjdaha lazımdır?" kimi replikaları 30 ildən çoxdur ki, istifadə edirik. Məncə, film tariximizdə belə filmlərin sayı çox azdır. Həm də bu filmdə ölkənin adət-ənənələrinin tərənnümü ideal formada göstərilib".

Axıra qədər baxa bilmədiyi "Fəryad" da məsləhət gördüyü filmlər sırasındadır: "Ceyhun Mirzəyevin bu filmi çox ağrılı yerimdir. Bu filmə heç vaxt axıra qədər baxa bilmirəm. Ona görə, haqqında çox danışa bilmirəm".

H.Əliyev bildirdi ki, "Pərdə", "İkinci Pərdə" və "Sonuncu Pərdə" müasir filmlərini də bəyənir və izləməyənlər üçün məsləhət görür: "Pərdə" trilogiyalarını unutmaq olmaz. Hər üç film müasir dövrümüzdə cərəyan edən davranışları çılpaq şəkildə göz önünə sərib. Məncə, hər kəs bu üç filmi izləməlidir. Fərqli ssenarilər kimi görülsə də, əslində, hər üç film bir-biri ilə bağlıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/812273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR