Suriya ordusu İdlibdə daha 11 kəndi ələ keçirib.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyatlara İranın dəstəklədiyi qüvvələr də kömək edib. Beləliklə, dekabr ayının 20-də quru əməliyyatlarına başlayan hökumət qüvvələri tərəfindən ələ keçirilən kəndlərin sayı 26-ya çatıb.

Qeyd edək ki, İdlib təhlükəsizlik bölgəsində yerləşir və strateji önəmə sahib bu şəhərdə Türkiyə ordusunun müşahidə məntəqələri var.

Anar / Metbuat.az