Gəncədə zibillikdə körpə uşaq tapıldı

Gəncədə zibillikdə körpə uşaq tapıldı
09:28 24 Dekabr 2019
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.

Şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.

Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumatına görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələ ki xəstəxanada saxlanılır.

Faktla bağlı araşdırmalara başlanılıb. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/299963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR