Fol turşusu (B9 Vitamini) - Yalnız hamilələr üçün deyil

Fol turşusu (B9 Vitamini) - Yalnız hamilələr üçün deyil
13:27 24 Dekabr 2019
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Açar sözlər: fol turşusu, hamiləlik, təlabat.                                                                                        

70 il bundan əvvəl süni fol turşusu (B9 vitamini) sintez olunmuşdur. Fol turşusunun əlavə qəbulu ancaq hamilələr üçün vacibdir - bu fikr səhvdir. Bir mənalıdır ki, gələcək analar mütləq fol turşusu qəbul etməlidir. Ancaq fol turşusu bütün insanlar üçün vacib vitamindir.

Fol turşusu çatışmazlığının əsas səbəbləri. Fol turşusunun çatışmazlığına əsas səbəb düzgün qidalanmamaqdır. Hətta bağırsaq xəstəlikləri və disbakterioz bu vitaminin sorulmasını ləngidir. Qıcolmaəlehinə preparatlar, oral kontraseptivlər, alkoqol fol turşusunun sorulmasına mənfi təsir göstərir.

Fol turşusu çatışmadıqda aşağıdakı hallar baş verə bilər:

Meqaloblastik anemiya - qanazlığının bir növüdür. Bu xəstəliyin əlamətləri - saç tökülməsi, daimi yorğunluq, ağızın selikli qişasında yaralar və s.

Hamiləlik zamanı çox saylı problemlər - anada: ciftin vaxtından əvvəl ayrılması, erkən döğuş, doğuşdan sonra yaranan depressiya. Döldə: beyin yırtığı adlanan defekt, "dovşan dodaqlıq", hidrosefaliya və s.

Əhval-ruhiyyənin azalması - hətta müyyən vaxtdan sonra kliniki depressiyaya qədər gətirib çıxara bilər.

Koqnitiv pozulmalar - yaddaşın zəifləməsi, yuxusuzluq, səbəbsiz həyəcan və aqressivlik.

Simptomlar qeyri-spesifik olduğundan əksər insanlar buna fikir vermir. Təssüflər olsun ki fol turşusu çatışmazlığı vitamin çatışmazlığının ən çox yayılmış formasıdır. Fol turşusunun artıqlığı çox nadir rast gəlinən bir haldır. Çünki fol turşusu suda həll olunan vitamin olduğundan artığı heç bir zərər vermədən böyrəklərlə xarıc olur.

Fol turşusuna olan təlabat. Böyüklərdə fol turşusuna optimal gündəlik təlabat 400 mkq-dır. Hamiləlik zamanı isə təlabat bir az da artmış olur. Fol turşusu ilə yaşıl tərəvəzlər daha zəngindir ("folium" latın dilindən "yarpaq" kimi tərcümə olunur). İspanaq, ağ kələm, gül kələmi, kahı, fol turşusu ilə daha zəngindir. Həmçinin qoz, araxis, pomidor, çuğundur, düyü, yumurta və qaraciyər də B9 vitamini ilə zəngindir. Amma  tərəvəzlərdə olan fol turşuşu bişirmə zamanı 70-80% parçalanır. Ona görə də tərəvəz məhsullarını çiy qəbul etmək daha faydalıdır.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/812915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR