Azərbaycan boks millisində daha bir kubalı - Ona görə Rauf Rəhimovu qovdular -

Azərbaycan boks üzrə milli komandasının üzvü 91 kq çəki dərəcəsində çıxış edən Rauf Rəhimov heyətdən uzaqlaşdırılıb.

Metbuat.az bildirir ki, yığma komandanın böyük məşqçisi Nəriman Abdullayev unikal.org-a R.Rəhimovun millidən uzaq düşməsini təsdiqləyib.

Məlumata görə, yeni əcnəbi idmançı komandada yerli boksçunu əvəzləyəcək.

Hazırda milli komandaya yeni gətirilən idmançı ilə yanaşı 3 kubalı boksçu da var (69 kq, 81 kq, 91 kq). Məlumatda bildirilir ki, həmin kubalı idmançı Azərbaycan boks üzrə yığmasının rəisi Anar Məmmədov tərəfindən gətirilib.

Onu da qeyd edək ki, dünya çempionu Elvin Məmişzadə, "Şöhrət" ordeni Pərviz Bağırzadə və Olimpiya mükafatçısı Teymur Məmmədov milli komandadan uzaq düşüb. Hazırda gənc idmançı klubların birində məşqçi kimi fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR