“Qırmızı Körpü”də itin reaksiyası ilə saxlanıldı -

“Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Vaz-2106” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı kinoloji xidmət itinin reaksiyası nəticəsində saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin Metbuat.az-a verdiyi məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin arxa və ön qapılarında 2500 ədəd üzərində "Bird Egg Cracker" yazılan pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR