Ata qızına yenil il hədiyyəsi kimi 350 minlik "Mercedes" aldı - FOTO

Ata qızına yenil il hədiyyəsi kimi 350 minlik "Mercedes" aldı - FOTO
16:32 25 Dekabr 2019
286 İdman
Ölkə mətbuatı
A- A+

Boks üzrə 5 ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer qızına aldığı hədiyyə ilə gündəmə gəlib.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, məşhur idmançı 19 yaşlı qızı Iyanna-ya bahalı avtomobil alıb. Meyvezer yeniyetmə qızına yeni il hədiyyəsi kimi "Mercedes-Benz G63" avtomobili bağışlayıb.

Qız avtomobilin şəklini şəxsi Instagram hesabında paylaşaraq atasına təşəkkür edib.

Qeyd edək ki, sözügedən avtomobilin 2019-cu il buraxılışının Azərbaycanda satış qiyməti 350 min manatdır.

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/813241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR