Retro aktrisaların moda eksperimentlərindən ilham alın - FOTO

Retro aktrisaların moda eksperimentlərindən ilham alın - FOTO
19:13 25 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bricit Bardo 1960-cı illərdə, karyerasının əvvəllərində sadəcə çimərlik geyimləri və şapkaları ilə sevilmədi, həm də qış stili ilə ilham mənbəyi olmağı bacardı. Aktrisa yırtıcı xəzləri ilə bəzənmiş paltoları, ağ yun jaketləri, sviter, pulover, qalın şərf, parka, bir sözlə bu gün dəbdə olan bir çox geyimin əsas pərəstişkarı idi. O, sadaladıqlarımızı uyğunlaşdırıb dəbli qış stilləri yaradırdı.

Qarşıda bizi ən azı üç ay soyuq hava gözləyir, odur ki, moda eksperimentləri üçün çox vaxt var. Bricit Bardonun köhnə fotoları, ən sevimli isti paltarları qışa aşiq olmağa kömək edəcək. Seçdiyimiz nümunələrə baxıb ilham alın.

Ceyn Birkinsə karyerasının əvvəllərində tez-tez cinslərə, düz ağ köynəklər və qeyri-adi mini donlara üstünlük verərdi. Soyuq mövsümdə də Ceyn sevdiyi stildən imtina etmirdi. O, mini ətəkləri, qısa şortları yun corablar və uzun paltolarla kombinə edərdi. Soyuq mövsümün favoritləri siyahısına lakonik yun sviter, pencək, ağ cins və tüklü xəz paltolar daxil idi.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/300150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR