Diqqət! Texniki spirt öldürür

Diqqət! Texniki spirt öldürür
22:32 25 Dekabr 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Son bir neçə gün ərzində spirtli içkilərin qəbulundan sonar 3 nəfər ölüb, 1 nəfər kör olub. KİV-lərin məlumatına görə, bunun səbəbi spirtli içkilərin texniki spirtdən hazırlanması ola bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, texniki spirt adından məlum olduğu kimi yalnız texniki məqsədlərlə istifadə olunur - boyaların istehsalında, nəqliyyatın əyləc sistemlərində və s. Təəssüf ki, texniki spirt ucuz olduğundan saxta spirtli içkilərin istehsalı zamanı tez-tez istifadə olunur.

Texniki spirt güclü zəhərdir və onun istehlakı ağır zəhərlənmə, əlillik və ölümə səbəb olur. Texniki spirt bütün orqan və sistemləri zədələyir, sıradan çıxardır.

Texniki spirtin qəbulu nəticəsində insanda korluq, qaraciyər sirrozu və xərçəngi, mədəaltı vəzi xərçənginin inkişafı riski çox yüksəkdir.

Zəhərlənmənin baş verməsi üçün 10-15 ml kifayətdir, 30 ml ölümə səbəb olur!

Diqqət! Saxta spirtli içkilərin hazırlanması zamanı istifadə olunan metilen (metil spirti) nə qoxu, nə dadına görə adi spirtdən (etil spirti) fərqlənmir. Spirtli içkinin çox ucuz qiymətə satılması onun saxta olduğundan şübhə yaratmalıdır.  

Metil spirtindən zəhərlənmə çox tez inkişaf edir. Simptomlar: baş ağrısı, ürəkbulanması, qusma, görmənin pozulması, korluq, dərinin göyərməsi, nəfəsalmanın çətinləşməsi, qıcolmalar, koma.

Metil spirtinin çoxlu miqdarda qəbulu 2-3 saat ərzində ölümə səbəb olur. Bəzən ölüm 2-3 gündən sonra baş verir.

Zəhərlənmənin ilk simptomlarında xəstənin mədəsini dərhal yumaq lazımdır. Bundan sonar zərərçəkmiş vaxt itirmədən xəstəxananın toksikologiya şöbəsinə çatdırılmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/813181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR