Netanyahu ŞOK HADİSƏYLƏ üzləşdi - Onun olduğu bölgəyə raket atıldı

Netanyahu ŞOK HADİSƏYLƏ üzləşdi - Onun olduğu bölgəyə raket atıldı
01:23 26 Dekabr 2019
94 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailin Baş naziri Binyamin Netanyahu, rəhbəri olduğu“Likud” partiyasının Aşkelon şəhərində təşkil etdiyi mitinq zamanı xoşagəlməz hadisə ilə üzləşib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hökumət başçısının çıxışı zamanı yaxınlıqda yerləşən Qəzza bölgəsindən Aşkelon şəhəri istiqamətində raket atılıb. Nəticədə İsrailin hava hücumundan müdafiə sistemləri həyəcan siqnalı verməyə başlayıb.

Mühafizəçilər Binyamin Netanyahunu dərhal zaldan çıxararaq, təhlükəsiz yerə aparıb. Həyəcan siqnalı dayandıqdan sonra Netanyahu yenidən zala qayıdaraq, çıxışına davam edib. Ordunun məlumatına görə, Qəzzadan bölgəyə bir raket atılıb və həmin mərmi müdafiə sistemləri tərəfindən havada məhv edilib.

Qeyd edək ki, İsraildə keçiriləcək parlament seçkilərinə görə partiyalar təşviqat mitinqləri təşkil edir.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/300173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR