Hollandiyada 5G test edildi, dərhal minlərlə quş öldü

Hollandiyada 5G test edildi, dərhal minlərlə quş öldü
08:27 26 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bir həftə əvvəl Hollandiyada minlərlə quş ölüb. TED.az xəbər verir ki, bu hadisə 5G şəbəkəsinin işə düşməsindən dərhal sonra baş verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Haaqadakı "Huygens" parkında yüzlərlə ölü quş tapılıb. Şəhər sakinləri deyirlər ki, ördəklər həmin gün özlərini qəribə aparıblar, onlar sanki kimdənsə gizlənmək üçün başlarını suyun altına salırdılar. Əvvəlcə sakinlər düşünüblər ki, quşlar hansısa epidemiyaya yoluxub. Amma quşların qanında heç bir xəstəlik izi və ya infeksiya aşkarlanmayıb. Hadisənin yeganə ağılabatan açıqlaması odur ki, 5G dalğası quşların ürəyinə mənfi təsir göstərib.

"Ətraf Mühitin Mühafizəsi üzrə Həkimlər" Qeyri Hökumət Təşkilatının sədri Peter Kalin xəbərdarlıq edib: "5G texnologiyası üçün yüksək dərəcəli elektromaqnit şüalanmasından istifadə edilir. Bu da dəriyə mənfi təsir edir və xərçəng riskini bir neçə dəfə artırır. Həmin günlərdə Haaqada elektromaqnit dalğasının qalınlığı 4,05 sm-ə çatıb. Ölən quşların bədənləri də təxminən eyni qalınlıqdadır".

Hazırda ölən quşlar Vaqeninqin bioveterenar təqdiqatlar laboratoriyasında analiz edilir. Sakinlərə isə parkın həmin ərazisində gəzmək qadağan olunub.

Xatırladaq ki, 5G dalğası təkcə quşlara pis təsir etmir. Ərazidəki inəklər də həmin gün özlərini anormal aparıblar, onlar özlərini ora-bura vuraraq böyürür, tövlələrin qapılarını sındırmağa çalışıblar. İnəklər yalnız şəbəkə söndürüldükdən sonra sakitləşib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/812935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR