Bakı, 19 may, AZƏRTAC
Özbəkistanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mayın 19-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun dəvəti ilə mayın 19-da həmin ölkəyə rəsmi səfərə yola düşmüşdü.