“Alibaba” Asiyanın ən bahalı şirkətidir

Çinin “Alibaba” internet xidmətləri şirkəti kapitalının həcminə görə Asiyada birinci, dünyada isə yeddincidir.

Metbuat.az “Nikkei Asian Review”-ə istinadən xəbər verir ki, dekabrın 20-nə olan məlumata görə şirkətin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 60 faiz artaraq 570 milyard dollar təşkil edib.

Kapitalının həcminə görə dünyada birinci olan “Saudi Aramco” dekabrın 11-də səhmlərin satışının nəticələrinə əsasən 1,89 trilyon dollar məbləğində qiymətləndirilir. Sonrakı yerləri “Apple” (1,24 trilyon), “Microsoft” (1,2 trilyon), “Gooqle”nin sahibi “Alphabet” (931 milyard), “Amazon” (886 milyard), “Facebook” (588 milyard) tutur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR