"Sabah" komandası daha bir legioneri ilə müqaviləni ləğv edib

"Sabah" klubu əsas komandanın daha bir futbolçusu ilə yollarını ayırıb.

Metbuat.az paytaxt təmsilçisinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, honduraslı hücumçu Rocer Roxasla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Roxas bu ilin avqustunda “Sabah”la 1 illik müqavilə imzalamışdı. Paytaxt klubu daha öncə Cənubi Afrika Respublikasından olan Hendrik Ekşteynlə də sözləşməni ləğv edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR