Daxili işlər orqanlarında yeni təyinat olub.

Metbuat.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.