Aygün Kazımova Qarabağ qazisinin qarşısında diz çökdü - nazir alqışladı -

Azərbaycanın xalq artisti Aygün Kazımova Dağlıq Qarabağ müharibəsi zamanı ağır xəsarət alan, Paralimpiya Oyunlarında Dünya Kubokunun qalibi Əkbər Muradovun qarşısında diz çökərək oxuyub.

Metbuat.az unikal.org-a istinadən xəbər verir, müğənni bu gün Bakıda keçirilən 2019-cu ilin idman yekunlarına həsr olunmuş tədbirdə musiqi ifa edib. İfası zamanı əlindəki gül çələngi ilə, Əkbər Muradova yaxınlaşıb. Qarabağ veteranın qarşısında diz çökərək gülü ona təqdim edib və oxuyub.

A.Kazımovanın bu addımını tədbir iştirakçılarının və Gənclər və İdman naziri Azad Rəhimov alqışla qarşılayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR