Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, ETSN-in 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi (telefonlar: 050-683-21-48, 055-792-44-42, 025-25-53-5-09) ilə əlaqə saxlamaları xahiş olunur.