Santa Klaus Milad bayramı ilə əlaqədar marafonda iştirak ediblər - FOTO

Santa Klaus Milad bayramı ilə əlaqədar marafonda iştirak ediblər - FOTO
23:27 27 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Yunanıstanın Krit adasının Xaniya şəhərində on minlərlə Santa Klaus və elf 9-cu illik Milad bayramı ilə əlaqədar "Santa Run" marafonunda iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Xaniya şəhərinin bələdiyyəsi və Santa Run Assosiasiyası tərəfindən təşkil olunan marafon xeyriyyə məqsədi daşıyıb və xəstə uşaqlar üçün maliyyə vəsaitlərinin yığılmasına xidmət edib.

Marafonun 3,5 kilometr olub və şəhərin tarixi mərkəzindən keçib. Tədbirdə iştirak edən Santa klauslar yerli sakinlərin ifasında musiqi ilə yola salınıb, yolboyu mağazalar tərəfindən təqdim olunan ləziz nemətlərdən dadıblar. Qədim limana çatdıqda isə iştirakçılar Krit musiqisinin sədaları altında rəqs ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR