Somalinin paytaxtı Moqadişoda dəhşətli hadisə baş verib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bomba yüklü avtomobillə şəhərə edilən hücumda ən az 90 nəfər ölüb, 60 nəfər isə yaralanıb.
Həyatını itirənlər arasında 17 polis və universitet tələbələri olduğu da bildirilib.