Kürdəmirdə yol qəzası olub, ölən və yaralananlar var

Kürdəmirdə yol qəzası olub, ölən və yaralananlar var
13:27 28 Dekabr 2019
109 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
"VAZ 2106" markalı avtomaşınların toqquşması nəticəsində sürücülərdən biri - Kürdəmir rayon Mollakənd sakini, 1995-ci il təvəllüdlü Xasanov Aslan Rüstəm oğlu hadisə yerində dünyasını dəyişib.
Daha iki nəfər isə ağır bədən xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi Xəxstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. 











Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-yol-qezasi-olub-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR