Qida Təhlükəsizliyi İnstitutu resepşn vəzifəsinə işə qəbul elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qeydiyyatçı (resepşn) vəzifəsinə işə qəbul elan edir.

Metbuat.az-ın məlumatına görə, vəzifə və öhdəliklər bunlardır:

- Gələn vətəndaşların dinlənilməsi, məlumatlandırılması, aidiyyəti şöbə ilə əlaqələndirilməsi;
- Gələn qonaqların qarşılanması və yola salınması;
- Daxil olan korrespondensiyanın qəbul edilməsi;
- Kənar şəxslərin inzibati binaya daxil olmasının qarşısının alınması üçün tədbirlər görmək, giriş zamanı onlardan sənəd tələb etmək, qeydiyyatını təşkil etmək;
- Telefon zənglərini qəbul etmək və aidiyyəti üzrə cavablandırmaq.

Namizədə tələblər:
- Yaş həddi: 35 yaşadək;
- Kompüterdə işləmək bacarığı (ofis proqramları və s.);
- Ünsiyyətcil və komanda ruhlu;
- Detallara diqqətlilik, səliqə və peşəkarlıq;
- Əməyin təşkilinin əsasları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları ilə bağlı biliklərə malik olmalı;
- Ali təhsilli;
- Təcrübəyə dair tələb: müvafiq vəzifədə 1 ilədək iş təcrübəsi;
- Azərbaycan dilini səlis bilməli (Rus və ya ingilis dili arzuolunandır).

Şərtlər:
- Tam iş günü, iş qrafiki 09.00-dan 18.00-dək. Bazar ertəsi - cümə - həftənin 5 günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ resepşn” yazaraq, 30.01.2019 tarixinə qədər hr.aqti@afsa.gov.az ünvanına göndərmələri xahiş olunur. Əks halda, göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR