"Qırmızı Körpü"də qanunsuz yolla keçirilən siqaretlər və pirotexniki vasitələr aşkarlanıb

"Qırmızı Körpü"də qanunsuz yolla keçirilən siqaretlər və pirotexniki vasitələr aşkarlanıb
15:32 28 Dekabr 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "QAZ-3110" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual edilib.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Yoxlama zamanı avtomobilin arxa oturacağının arxa hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən 330 qutu üzərində "Petards" yazılan pirotexniki vasitə, torpedonun içərisində isə 2200 ədəd "King" markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gomrukculer-siqaretler-ve-pirotexniki-vasiteler-askarlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR