Seneqalda etirazçılar Fransanın bayrağını yandırıblar

05:37 17 Yanvar 2015
95 Dünya
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 05:34 ]

Bakı – APA. Seneqalda “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsinə qarşı nümayiş zamanı etirazçılar Fransanın bayrağını yandırıblar.

APA-nın “Rosbalt”-a istinadən verdiyi xəbərə görə, paytaxt Dakar şəhərinin mərkəzi məscidi yaxınlığında toplaşan etirazçılar Fransa səfirliyinə yürüş ediblər. Nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

 

Qeyd edək ki, yanvarın 16-da Əlcəzairdə “Charlie Hebdo” və Fransa əleyhinə mitinq keçirilib, Nigerdə isə etirazçılar Fransanın mədəniyyət mərkəzinin binasını yandırıblar. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369428

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR