Böyük günahların bağışlanması yolu

Böyük günahların bağışlanması yolu
21:22 28 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Ravəndi nəql edir: "Həzrət İmam Baqir (ə) oğlu İmam Sadiqlə (ə) Məkkəyə gəlirlər ki, həcc əməlini yerinə yetirsinlər. Məscidul-haramda Kəbəyə yaxın yerdə əyləşirlər. Bir nəfər onlara yaxınlaşır və deyir: "Sualım vardır".

İmam Baqir (ə) buyurur: "Oğlum Cəfərdən soruş!".

Həmin şəxs deyir: "Böyük günahlara batan insanın hökmü nədir?".

İmam Sadiq (ə) buyurur: "Ramazan ayında bilərəkdən orucunu yemişdir?".

Deyir: "Ondan daha böyük günah etmişdir".

İmam: "Ramazan ayında zina etmişdir?".

Deyir: "Ondan da böyük günah etmişdir".

İmam: "Günahsız insanı öldürmüşdür?".

Deyir: "Ondan da böyüyünü".

İmam: "Əgər İmamları (ə) və Əmirəl-möminini (ə) sevənlərdəndirsə, gərək Kəbə evinə gəlib tövbə etsin. Sonra and içsin ki, artıq o cür günah işlətməyəcəkdir.

Ancaq əgər müxaliflərdən olarsa, tövbənin qəbul olma yolu onun üçün olmaz.

Deyir: "Allah, siz Həzrət Zəhranın (s.ə) övladlarını öz rəhmətində qərar vermişdir. Mən bu cür cavabı Peyğəmbərdən (s) də eşitmişdim".

Sonra xüdahafizləşib gedir.

İmam Baqir (ə) İmam Sadiqə (ə) buyurur: "Bu şəxs Həzrət Xızr idi ki, səni insanlara tanıtmaq istəyirdi".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR