Türkiyənin baş konsulunu qətlə yetirən erməni azadlığa çıxdı

Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş erməni Xampiq Sasunyan azadlığa buraxılıb.

Metbuat.az “Rusarminfo”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Kaliforniya ştatının Məhkəməsi qərar qəbul edib.

Erməni terrorçunun vəkili onun azadlığa buraxılması barədə vəsatət verib. Kaliforniya ştatının Məhkəməsi vəsatəti təmin edib. Türkiyənin baş konsulunun qatili şərti cəza ilə azadlığa buraxılıb.

Qeyd edək ki, Xampiq Sasunyan 1963-cü il yanvarın 5-də Livanın paytaxtı Beyurtda anadan olub. Bir müddət sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb. O, Erməni Gəcnlər Federasiyası (Armenian Youth Federation) və “Erməni soyqırımına ədalət uğrunda” erməni terror təşkilatının üzvü olub. 1982-ci il yanvarın 28-də səhər saatlarında tərəfkeşi ilə birlikdə o, avtomobili işıqforda dayanan Türkiyənin baş konsulu Kamal Arıkana odlu silahdan atəş açaraq qətlə yetirib. ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandırar qətli mühakimə edib. Erməni terrorçu ömürlük azadlıqdan məhrum olunmuşdu. 2006 və 2010-cu illərdə ABŞ məhkəməsi X.Sasunyanın əfv edilməsi ilə bağlı müraciəti təmin etməyib. 2016-cı ildə Kaliforniyanıən Əfv komissiyası onu əfv etsə də ştatın qurbernatoru Cerri Braun X.Sasunyanın cəmiyyət üçün təhlükəli olacağını əsas göstərərk qərara veto qoymuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR