Pompeo Ukrayna və Belarusa səfər edəcək

ABŞ dövlət katibi Mayk Pompeonun 2020-ci ildə səfər edəcəyi ölkələr açıqlanıb.

Metbuat.az-ın xəbərinə görə, bu barədə M. Pompeo rəsmi "Twitter" səhifəsində məlumat verib.

“Qarşıdan gələn ildə həmkarlarımla görüşmək və ABŞ-ın Avropa və Mərkəzi Asiya ilə bağlı prioritetlərini təsdiqləməkdən ötrü Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və Kiprə səyahət edəcəyim üçün həyəcanlıyam”, - deyə ABŞ dövlət katibi bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR