“Müğənnidən qız almaram” deyənlərin şəxsiyyətlərinə şübhələri var” -

“Müğənnidən qız almaram, qız vermərəm” deyənlərin arasında dostlarım da var. Amma inciməsinlər, onda özləri nə yaxşı müğənnidir, nə də yaxşı insan”.

Metbuat.az xəbər verir ki, bu sözləri lent.az-a müsahibəsində müğənni Roza Zərgərli deyib. O, bu ifadəni işlədən həmkarlarını qınayıb:

“Nə olub müğənnilərə? Bu bizim peşəmizdir. Şəxsiyyətimiz deyil ki... "Müğənnidən qız almaram, qız vermərəm" deyənlərin özlərinin şəxsiyyətlərinə şübhələri var. Oğluma incəsənət sahəsindən qız alaram. Bu nə deməkdir ki?”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR