Bu gün SON GÜNDÜR - Namizədlərin nəzərinə

Bu gün SON GÜNDÜR - Namizədlərin nəzərinə
18:27 31 Dekabr 2019
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində səsvermənin yeri və vaxtı barədə bildirişlərin formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi müddəti bu gün başa çatır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, tələblər səsvermə gününə azı 40 gün qalanadək, yəni 2019-cu il dekabrın 31-dək təsdiq edilməlidir.

Tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"nın 2.1-ci bəndinə əsasən təsdiq edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/814838.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı